Yerli məşhurların “Hacı” sevdası – FOTOLAR
Bizi izləyin

Magazin2

Yerli məşhurların “Hacı” sevdası – FOTOLAR

Digər müsəlman ölkələrindən olduğu kimi, Azərbaycandan da Məkkəyə yüzlərlə insan gedib. Builki Həcc ziyarətinə qatılanlar arasında ölkəmizdə çox tanınmış insanlar da var. Onların sırasında elələri var ki, müqəddəs torpaqları ikinci, üçüncü, hətta 27-ci dəfə ziyarət edir.

Publika.az bu il Həcc ziyarətinə gedən yerli məşhurları təqdim edir.

Cüdo üzrə ikiqat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyev Məkkədədir. Bu, idmançımızın ilk ziyarətidir.

Müqəddəs torpağa qədəm qoyan digər məşhur isə Hacı Nazimdir. Bu, bəstəkar-müğənninin sayca ikinci ziyarətidir. İlk dəfə o, 2011-ci ildə Həcc ziyarətində olub.

Müğənni Emil Bədəlov 3-cü dəfədir ki, müqəddəs şəhəri ziyarət edib. Bu dəfə o, tək deyil, yaxın dostları ilə gedib.

Builki ziyarətçilər arasında Milli Məclisin üzvü Qalib Salahzadə də var. O, 27-ci dəfə müqəddəs Həcc ziyarətinə gedib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm