Nəşi Moskvadan Bakıya gətirilən azərbaycanlı məşhur
Bizi izləyin

Magazin2

Nəşi Moskvadan Bakıya gətirilən azərbaycanlı məşhur

O öz obrazları ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən rejissorlardan idi. “Azərbaycanfilm” kinostudiyasında işlədiyi müddətdə “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan”, “Ulduzlar sönmür”, “Sevgi əhvalatı”, “Qəribə adam”, “Məhəbbətim mənim, kədərim mənim” kimi filmlər çəkərək milli kinomuza töhfələr verib.

Söhbət tanınmış rejissor, SSRİ xalq artisti Əjdər İbrahimovdan gedir.

Publika.az xəbər verir ki, sentyabrın 20-si görkəmli rejissorun xatirə günüdür.

1919-cu ildə Aşqabadda anadan olan Əjdər İbrahimov 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra Aşqabad kinostudiyasında yaradıcılıq fəaliyyətinə başlayıb.

Daha sonra Bakıya gələrək kino fəaliyyətini davam etdirib. Onun adı eyni zamanda bir çox filmlərin ssenari müəllifi kimi də milli kinomuzun tarixinə yazılıb.

Rejissor 1993-cü il sentyabrın 20-də Moskvada dünyasını dəyişsə də, Bakıda Fəxri xiyabanda dəfn edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm