Hollivud məşhurları qırmızı xalıda bir-biri ilə dəb yarışına girdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Hollivud məşhurları qırmızı xalıda bir-biri ilə dəb yarışına girdi - FOTOLAR

Bir neçə saat əvvəl ABŞ-ın Los-Anceles şəhərində "Primetime Emmy Awards" televiziya mükafatının 67-ci təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, "Microsoft Theatre"da baş tutan mərasimə Ledi Qaqa, Haydi Klum, Evon Piters, Magi Cilinhol, Lina Xidi və Hollivudun digər tanınmış simaları qatılıblar. Onlar bu dəfə də qırmızı xalı üzərində bir-biri ilə dəb və gözəllik yarışına giriblər.

Qeyd edək ki, hər il keçirilən "Emmi" mükafatlarını Amerika televiziya sənayesinin müxtəlif sektorları təqdim edir. 1949-cu ildən verilən mükafat əlində atom tutmuş qanadlı qadın heykəlciyidir. Atom televiziyanı bir elm kimi, qanadlar isə incəsənət kimi səciyyələndirilir.

Mərasimin qalibi “Buz və alov” romanının motivləri əsasında çəkilmiş "Taxt oyunları” serialı olub. “Ən yaxşı dramatik serial" adını qazanan seriala 24 kateqoriya üzrə 12 mükafat təqdim olunub. Maraqlıdır ki, əvvəllər serial bu nominasiyada heç vaxt qalib olmayıb. "Ən yaxşı komediya serialı" isə "Vitse-prezident" olub.

Xatırladaq ki, bu il tədbirin qaydalarında bir sıra dəyişikliklər özünü göstərib. Məsələn, iki aparıcı nominasiya: "Ən Yaxşı komediya serialı" və "Ən Yaxşı dram serialı" nominasiyaları uğrunda yeddi serial mübarizə aparıb.

Mükafat alan aktyor və aktrisaların siyahısı:

Ən yaxşı dram aktrisası - Viola Devis ("Edamdan necə qaçmaq olar")

Ən yaxşı dram aktyoru - Con Hemm ("Ağılsızlar")

İkinci planda ən yaxşı dram aktyoru – Piter Dinkley ("Taxt oyunları")

Ən yaxşı komediya aktyoru - Cefri Tembor ("Aşkar")

Ən yaxşı komediya aktrisası - Culiya Lui-Dreyfus ("Vitse-prezident")

İkinci planda ən yaxşı komediya aktyoru - Toni Heyl ("Vitse-prezident")

İkinci planda ən yaxşı komediya aktrisası - Ellison Cenni ("Anacan")

Mərasimdən əvvəl məşhurlar qırmızı xalıda poza veriblər.

Publika.az həmin fotoları təqdim edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm