Nyu-York Moda Həftəsinə damğa vuran 5 hit mahnı
Bizi izləyin

Magazin2

Nyu-York Moda Həftəsinə damğa vuran 5 hit mahnı

Eyni mahnıları dinləməkdən bezmisiniz? Yeni musiqi axtarışındasınız?

Elə isə diqqətiniz Publika.az-da olsun!

Çünki sizin üçün Nyu-York Moda Həftəsində podiumları ələ keçirən 5 hit mahnını araşdırmışıq.

Bəli, 2016-cı ilin yaz-yay ayları üçün nəzərdə tutulan kolleksiyaların təqdim edildiyi budəfəki Nyu-York Moda həftəsinə, sadəcə, dəbdəbəli geyimlər, aksessuarlar damğa vurmadı, dizaynerlərin dəfilələr üçün seçdikləri musiqilər də yaddaqalan oldu.

1. Tori Berç - "The Cure" qrupu, “Just like heaven” mahnısı

Tori Berç zərif kolleksiyası ilə uyğunluq təşkil edən “Just like heaven” mahnısına üstünlük verdi. Beləliklə də, 80-ci illərə damğa vuran mahnı yenidən populyarlıq qazandı.

2. Viktoriya Bekhem - Lindstrøm and Christabelle​ , “Music in my mind” mahnısı

Dəb ikonası Viktoriya Bekhem yeni kolleksiyasını Skandinaviya musiqisinin sədaları altında təqdim etdi. Dizaynerin kolleksiyasındakı geyimlər seçdiyi musiqi kimi sirli və diqqətçəkici idi. Belə görünür ki, bu möhtəşəm qadının musiqi zövqü də təqdirəlayiqdir.

3. Kanye Uest – Kanye Uest və Post Malon, “Fade” mahnısı

Kanye Uest “Yeezy Season 2” adlandırdığı geyim kolleksiyasını yeni mahnısı ilə birgə təqdim etdi. Mahnı “hip-hop” tərzini sevənlərin ürəyini fəth edə bilər. Qeyd edək ki, Kanye Uest daha öncə də dəfiləsində öz mahnısından istifadə etmişdi.

4. “Rag & Bone” - Tom York, “Villain” mahnısı

İngiltərə alternativ rok musiqisinin əfsanəvi qrupu “Radiohead” vokalı Tom York növbəti dəfə “Rag & Bone” moda evi ilə əməkdaşlıq etdi. 12 dəqiqəlik Nyu-York Moda Həftəsinə damğa vurdu.

5. Tommi Hilfiqer - Bob Marli, “Could You Be Loved?” mahnısı

Tommi Hilfigerin yeni kolleksiyasındakı tropik printli geyimlər illər keçsə də, köhnəlməyən, hər kəsin dəfələrlə dinləməyə razı olduğu “Could You Be Loved?” mahnısının sədaları altında olduqca gözqamaşdırıcı göründü.

Hamının üzündə təbbəssüm oyadan bu mahnıları siz də vaxt itirmədən dinləyin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm