• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ətir satıb sərvətinə sərvət qatan məşhurlar

  • Magazin2
  • 26 Sentyabr 2015 14:13
  • 481 Baxış
Ətir satıb sərvətinə sərvət qatan məşhurlar

Əsas gəliri mahnı, albom və konsert olan dünya ulduzları şəxsi ətirlərinin satışından da milyonlar qazanır.

Publika.az “Billboard”a istinadən ətir satışından ən çox gəlir əldə edən dünya müğənnilərinin adını açıqlayır.

Beşinci yerdə “One Direction” gəlir. 3 il ərzində onlar 4 adda ətir satışa çıxardıb. Qazancları isə 6 milyon dollar olub.

Ətir satışından ən çox gəlir götürən 5 məşhurdan dördüncüsü güclü səs sahibi Selin Diondur. 16 ətir təqdim edən ifaçı 16 milyon dollar qazanc əldə edib.

Üçüncü yerdə Teylor Svift qərarlaşıb. 5 fərqli adda ətirdən götürdüyü qazancla o, sərvətini 18 milyon dollar artırmağı bacarıb.

46 yaşlı Cenifer Lopez 13 il ərzində 25 növ qoxusu olan parfüm təqdim edən Cey Lo 49 milyon dollar qazanıb.

Ətir satışından ən çox pul qazanan isə Britni Spirsdir. 11 il ərzində 18 adda müxtəlif ətirlərdən o, 55 milyon dollar qazanıb.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR