Hollivud ulduzlarının seriallardan əldə etdikləri fantastik gəlirlər
Bizi izləyin

Magazin2

Hollivud ulduzlarının seriallardan əldə etdikləri fantastik gəlirlər

Dünyada artıq seriallar filmlərdən daha çox səs-küy yaradır və böyük izləyici kütləsi əldə edir. Hazırda “Breaking bad”, “Mr. Robot”, “The game of thrones” kimi serialları eyni anda 18 milyondan çox insan izləyir.

Təbii ki, belə böyük izləyici kütləsi olan serialın reklam gəlirləri də çox olur. Hazırda populyar olan serialların bəzilərinin büdcəsi kiçik dövlətlərin büdcəsindən daha çoxdur. Belə seriallarda rol alan aktyor və aktrisalar sözün əsl mənasında sərvət qazanırlar.

Publika.az bu günə kimi seriallardan rekord miqdarda gəlir əldə edən aktyor və aktrisaları araşdırıb.

Aşağıdakı siyahıda onların serialın sadəcə 1 seriyası üçün aldıqları qonorarın miqdarı qeyd edilib.

“Game of Thrones” serialı – Piter Cinkleyc – 150 min dollar

“The Following” serialı – Kevin Beykon – 175 min dollar

“Parks and Recreation” serialı – Emi Poler – 200 min dollar

“How I Met Your Mother” serialı – Nil Patrik Harris – 210 min dollar. Eyni serialda rol alan Ceyson Siqel – 225 min dollar.

“Homeland” – Kler Deyns – 250 min dollar

“Mad Men”- Con Hemm – 270 min dollar

“Dexter” – Maykl Karlayl Holl – 300 min dollar

“Grey’s Anatomy” – Patrik Dempsi – 350 min dollar

“CSI: Crime Scene Investigation” – Uilyam Petersen -500 min dollar

“30 Rock” – Tina Fey – 500 min dollar

“Law & Order: Special Victims Unit” – Marişka Harqitey – 500 min dollar

“NCIS” – Mark Hermon – 525 min dollar

“Two and a Half Men” – Con Krayer – 600 min dollar

“Dreyfus Seinfeld” – Culiya Lui Dreyfus – 600 min dollar

“Two and a Half Men” – Eşton Kutçer – 750 min dollar

“Seinfeld” – Cerri Saynfeld - 1 milyon dollar

“The Big Bang Theory” – Keyli Kuoko - 1 milyon dollar

“Home Improvement” – Tim Allen - 1,25 milyon dollar

“Frasier” – Kelsi Qremmer - 1,6 milyon dollar

“Everybody Loves Raymond” – Rey Romano - 1,7 milyon dollar

“Two and a Half Men” – Çarli Şin - 1,8 milyon dollar

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm