Məryəm Üzərli: “Tarkanın klipində oynamaq istəyirəm”
Bizi izləyin

Magazin2

Məryəm Üzərli: “Tarkanın klipində oynamaq istəyirəm”

Məşhur aktrisa Məryəm Üzərli “InStyle” jurnalına maraqlı müsahibə verib.

Publika.az xəbər verir ki, aktrisa ən qısa zamanda həyata keçirmək istədiyi 3 xəyalından danışıb. Beləliklə, onun ən böyük xəyalı Meqastar Tarkanın klipində rol almaqdır: “Birinci xəyalım Tarkanla tanış olmaqdır. Almaniyada Tarkan əsl ulduz hesab edilir. Mən gənc qız ikən onun bütün mahnılarını dinləmişəm. Onu çox sevirəm, klipində rol almaq istəyirəm”.

Aktrisa digər xəyallarının iş həyatı ilə bağlı olduğunu qeyd edib: “Digər arzum “Walt Disney”in animasiya filmlərindən birində “İtkin balıq Nemo” kimi bir obrazı səsləndirməkdir. Bir də özümün tuş markamı yaratmaq istəyirəm”.

Qeyd edək ki, Məryəm Üzərli yaxında yeni bir serialla tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm