Hadisə toya hazırlaşır
Bizi izləyin

Magazin2

Hadisə toya hazırlaşır

Türkiyəli müğənni Hadisə bayram tətilini sevgilisi Uğur Güvən ilə Parisdə keçirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ilə yaxındır ki, sevgi münasibətləri davam edən cütlüyün ötən ay ayrıldıqları deyilirdi. Lakin Qurban bayramını birlikdə qeyd edən sevgililər söylənənlərin əsassız olduğunu sübut ediblər. Belə ki, ulduzun sevgilisi ilə Parisin simvolu olan Eyfel Qülləsində əl-ələ şampan içərkən yayılan görüntüləri Hadisə ilə Uğur Güvənin son dərəcə xoşbəxt olduğunu göstərib. Cütlüyə yaxın mənbənin sözlərinə görə, onlar nəinki ayrılmağa, əksinə evlənməyə hazırlaşır.

Yeni yayılan fotolarda saçlarını kəsdirən Hadisənin yeni imici də maraq doğurub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm