Rihannanı döydü, viza ala bilmədi - FOTO
Bizi izləyin

Magazin2

Rihannanı döydü, viza ala bilmədi - FOTO

Cazibədar ulduz Rihannanın keçmiş sevgilisi reper Kris Broun konsert vermək üçün getmək istədiyi Avstraliyadan viza ala bilməyib.

Publika.az xəbər verir ki, ölkənin səlahiyyətliləri viza verməmələrinin səbəbini reperin illər öncə sevgilisi, popstar Rihannanı döyməsi ilə əlaqələndiriblər. Avstraliyalı nazir Maykliya Keş məsələ ilə bağlı açıqlama verərək bunları deyib: “İnsanlar artıq başa düşməlidirlər ki, qadına qarşı şiddət tətbiq edənlər əvvəlki kimi rahat səyahət edə bilməyəcəklər. Çünki bəzi ölkələrin qərarı qətidir, bizim tələb etdiyimiz xarakterə sahib deyilsənsə, bu ölkəyə daxil ola bilməzsən”.

Xatırladaq ki, Kris Broun fevral ayında da eyni problemlə üzləşib. Montreal və Toronto şəhərlərində konsert verməyə hazırlaşan reper Kanadadan viza ala bilməyib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm