Rafet Əl Romanın həyat yoldaşı ilə bacısı arasında qalmaqal - FOTO
Bizi izləyin

Magazin2

Rafet Əl Romanın həyat yoldaşı ilə bacısı arasında qalmaqal - FOTO

Rafet Əl Romanın həyat yoldaşı Ceren Əl Romanın (Kaplakaslan) instaqramda paylaşdığı foto baldızı ilə arasında qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, Cərən müğənninin birinci nikahından olan qızları Şəvval və Su, həmçinin, dayədən olan oğlu Edvanın fotosunu paylaşaraq,"Mən sizsiz yaşaya bilmərəm" yazıb. Rafet Əl Romanın bacısı Səlma Yaşdut isə gəlinlərinə kobud cavab verib.

Yaşdut "Bu sözlərinə uşaqlar da daxil olmaqla, heç kim inanmır. Kimə nəyi sübut etmək istəyirsən?! Bu cür oyunlarına son ver! Kimin nə olduğunu biz ailəvi olaraq çox yaxşı anlamışıq!" - yazıb.

Kaplakaslan "Səlmacığım, məni izləyirsən? Gəl birlikdə qəhvə içək, dərdini danış", - deyərək baldızını sakitləşdirməyə çalışıb.

Xatırladaq ki, 45 yaşlı Rafet Əl Romanın ikinci həyat yoldaşı özündən 20 yaş kiçikdir. Müğənni Cərən Kaplakarslan ilə ötən il Almaniyada evlənib. Yeri gəlmişkən, nəinki müğənninin qızları, həyat yoldaşının atası da bu evliliyə qarşı çıxmışdı. Hətta Cərənin atası Atilla Kaplakraslan "Dayəni hamilə qoyan adamdan xeyir gəlməz" demişdi.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm