Rihanna: “Şöhrətimi həzm edə bilən kişi yoxdur” - FOTOLAR
Bizi izləyin

Magazin2

Rihanna: “Şöhrətimi həzm edə bilən kişi yoxdur” - FOTOLAR

Dünyaca məşhur müğənni Rihanna “The greats” jurnalı üçün fotosessiya etdirib. Hər zaman iddialı pozalar verən gözəl ulduz bu dəfə olduqca sadə görünüb. Ağ-qara fotolarda Rihannanın məsumluğu vurğulanıb.

Pop ulduz sadəcə fotoları ilə yox, açıqlamaları ilə də diqqət çəkib. Şəxsi həyatından danışan müğənni hazırda tək olduğunu bildirib: “Kişilər diqqət istəyirlər, eqolarının təmin edilməsini xoşlayırlar. Mən ailəmə, işimə diqqət, qayğı ilə yanaşıram. Hazırda bir kişiyə belə diqqət göstərə bilmərəm”.

Müğənni özünə uyğun sevgili tapmaqda çətinlik çəkdiyini də vurğulayıb: “Qadınların gücünü təhlükə hesab etməyən kişi tapmaq çətindir. Mənim şöhrətimi həzm edə bilən kişi yoxdur”.

Publika.az Rihannanın yeni fotosessiyasını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm