Onun kişilərdən xoşu gəlirdi
Bizi izləyin

Magazin2

Onun kişilərdən xoşu gəlirdi

Lennonun kişilərdən xoşu gəlirdi.

Əfsanəvi musiqiçi Con Lennonun xanımı Yoko Ono keçmiş ərinin kişilərdən də xoşlandığını, amma ailəsinə və sevgisinə hörmət etdiyi üçün onlarla hər hansı yaxınlıq yaşamadığını etiraf edib.

Axar.az xəbər verir ki, dünya musiqi tarixində özünəməxsus yer tutan “Bitlz” qrupu üzvünün xanımı bu haqda “Deyli Best”ə danışıb:

“Biz bu haqda xeyli söhbət etmişik. Söhbətin sonunda başa düşdük ki, ikimiz də öz həmcinslərimizə maraq duyuruq. Amma bunun ictimaiyyət tərəfindən normal qəbul olunmayacağını bildiyimizdən hər hansı bir addım atmadıq”.

Yoko Lennonun “Bitlz” qrupunun meneceri Brayan Epşteynlə adının hallanmağına da münasibət bildirib:

“Əlbəttə ki, əsassız şayiələr insanı təəssüfləndirir. Mən Lennonla təsəvvür edə bilməyəcəyiniz qədər yaxın idim və bizim söhbətlərimiz həddindən artıq səmimi olurdu. Onların arasında nəsə olsaydı, birinci mən bilərdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm