Beyons bu libasda göz qamaşdırdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Beyons bu libasda göz qamaşdırdı - FOTOLAR

Pop diva Beyons Nyu-Yorkda keçirilən "Tidal X" şousunda iştirak edib. Publika.az xəbər verir ki, müğənni şouya dərin sinə dekolteli libasda təşrif buyurub. Seksual müğənni tünd-qırmızı libasını ona uyğun rəngdə seçilmiş kürk, sırğa və yaqut qaşlı üzüklə tamamlayıb.

Müğənninin fotoqraflara poz verərkən narahatlığı da diqqətdən yayınmayıb. Belə ki, yaxasının açılmasından ehtiyat edən Beyons diqqətli davranıb. Lakin səhnəyə bikini formasında tikilmiş geyimdə çıxıb.

Xatırladaq ki, Beyonsun atası və keçmiş meneceri Metü Noulz bu yaxınlarda radioya verdiyi müsahibədə qızının yaşını gizlətdiyini deyib. Onun sözlərinə görə, qızının, əslində, 34 deyil, 36 yaşı var.

Müğənni özü bu barədə açıqlama verməkdən imtina etsə də, dəb tənqidçiləri onun istənilən yaşda möhtəşəm göründüyünü söyləyiblər.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm