Polis bu gözəlin müəmmalı ölümünü araşdırır - FOTO
Bizi izləyin

Magazin2

Polis bu gözəlin müəmmalı ölümünü araşdırır - FOTO

Avstriyada keçmiş gözəllik kraliçasının ölümcül xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları araşdırılır. Keçmiş “Miss Avstriya” Ena Kadiç İnsbruk şəhəri ətrafındakı dağlarda, evinin yaxınlığında 30 metrlik qayadan yıxılıb.

26 yaşlı Kadiç oktyabrın 16-da ağır baş-beyin travması, həmçinin ağ ciyər zədələnməsi ilə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Yıxıldıqdan sonra bir müddət özündə olan qızın qardaşına zəng edərək hadisə barədə məlumat verməyə imkan tapdığı bildirilir.

Bundan sonra qohumları xilasediciləri çağırıb və Kadiç helikopterlə xəstəxanaya çatdırılıb. Təəssüf ki, həkimlər qızın həyatını xilas edə bilməyib və o, oktyabrın 21-də dünyasını dəyişib.

Qızın qayadan yıxılmasının təfərrüatları tam bəlli olmasa da, polislər keçmiş “Avstriya gözəli”nin qaçışla mütəmadi məşğul olduğunu və ərazini yaxşı tanıdığını bildiriblər. Hüquq-mühafizə orqanları faktla bağlı təhqiqata başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm