Hollivud ulduzları mükafatlandırıldı - FOTOLAR
Bizi izləyin

Magazin2

Hollivud ulduzları mükafatlandırıldı - FOTOLAR

Dünən Hollivudda “ELLE Women in Hollywood Awards”-ın sayca 22-ci təqdimetmə mərasimi keçirilib. Publika.az xəbər verir ki, mərasimdən sonra mükafatların təqdim olunması şərəfinə şam yeməyi təşkil olunub.

Tədbirdə “Bozun 50 çaları” filmi ilə məşhurlaşan aktrisa Dakota Conson da iştirak edib. O, mərasimə anası, nənəsi və bacısının dəstəyi ilə birlikdə qatılıb.

Qeyd edək ki, mərasimdə Miranda Kerr, Meril Strip, Keyt Uinslet, Salma Hayek də iştirak edib.

Xatırladaq ki, “Elle” jurnalının Amerika versiyasının təşkilatçılığı ilə baş tutan mükafatlandırma mərasimi hər il keçirilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm