Keyt Middlton ilk dəfə bunu etməyə razı oldu - FOTOLAR
Bizi izləyin

Magazin2

Keyt Middlton ilk dəfə bunu etməyə razı oldu - FOTOLAR

Kembric hersoginyası Keyt Middlton Britaniyanın “Vogue” jurnalının iyun sayının üz qabığına çəkilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu populyar nəşrin 100 illiyi münasibəti ilə şahzadə Uilyamın həyat yoldaşı jurnalın üz qabığına çəkilməyə razılıq verib. Xüsusi vurğulamaq lazımdır ki, hersoginya bu cür fotosessiyalarda əvvəllər heç vaxt iştirak etməyib. O, ümid edir ki, insanlar onun fotolarını bəyənib qiymətləndirəcək.

Şəkillərin müəllifi məşhur fotoqraf Coş Olinsdir. Onun işlərini nəinki jurnal səhifələrində, həm də Londonda Milli Portret qalereyasında görmək olar.

Maraqlıdır ki, Keyt Middltonun tez-tez müqayisə olunduğu qayınanası şahzadə Diana “Vogue” jurnalının üz qabığında üç dəfə çəkilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm