Məşhurlar prezidentlə görüşə necə hazırlaşdı? – FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhurlar prezidentlə görüşə necə hazırlaşdı? – FOTOLAR

Ötən həftə ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama Ağ Evdə ənənəvi "White House Correspondents" ziyafətini təşkil edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qonaqlıqda Hollivudun tanınmış simaları iştirak edib. Prezident iqamətgahında Vill Smit, Cadoy Pinket, Kendal Jenner, Adriana Lima, Emma Uotson, Helen Mirren, Kerri Vaşinqton, Karli Kloss kimi ulduzlar qonaq olub.

Obama gecənin daha əyləncəli olması üçün çıxışında tez-tez zarafat edib: "Burada olmaq mənim üçün böyük şərəfdir, bəlkə də bu, sonuncu dəvətdir. Hər kəs əla görünür, respublikaçıların sonu bir də heç vaxt belə yaxşı görünməyəcək. Gələn il burada kimin dayanacağını və kimin prezident seçildiyini ancaq təxmin etmək olar”.

Daha sonra siyasətçi həmin mövzuda zarafat eləməyə davam edib: “Ağ ev məni ciddi şəkildə yordu. Səkkiz il bundan əvvəl cavan və idealları olan şən kişi idim. İndi mənə baxın: yorğun və yaşlı görünürəm. Vaxtilə Hillari mənim səhər saat 3-də yuxudan oyanıb zənglərə cavab verə biləcəyimə şübhələndi. İndi isə bu saatda yuxudan durmağa adət etmişəm”.

B.Obama eyni zamanda prezidentlik yarışında Hillari Klintonu dəstəklədiyini gizlətməyib.

Gecədə iştirak edən ulduzların fotolarını təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm