Fahriyyə Evcenin saf gözəlliyinin mənbəyi!
Bizi izləyin

Magazin2

Fahriyyə Evcenin saf gözəlliyinin mənbəyi!

Saf siması ilə diqqət çəkən Fahriyyə Evcen gözəllik sirlərindən danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa təravətli və uşaq kimi yumşaq dəri sirrinin möcüzəli bitki yağlarında gizləndiyini deyib: “Məncə, qadın makiyajsız və ən sadə halında belə özünü gözəl hiss etməlidir. Bunun üçün də gözəl dəriyə sahib olmağın çox vacib olduğunu düşünürəm. Səhər qalxıb güzgüyə ilk baxanda dərinin hamar və təravətli olduğunu görmək hər kəsə xoş təsir bağışlayır. Dərinin gözəl olması üçün şanslı və ya çox zəhmət çəkmək lazım olduğunu düşünürsünüzsə, yanılırsınız. Əslində, bir-iki xırda detallara diqqət etməklə, məsələn, bol su içməklə dərinin qüsursuz və hamar görünməsini təmin etmək mümkündür. Bundan başqa, xoşbəxtlik hissinin də insanı gözəlləşdirdiyinə inanıram. Nə qədər çox xoşbəxt olsanız, stressdən uzaq olsanız, əhvalınız daha yaxşı olacaq və bu da dərinizə də öz müsbət effektini göstərəcək”.

Aktrisa təbii bitki yağlarından istifadə etdiyini vuğurlayıb: “L'oreal Paris”in üz üçün baxım yağları əsl möcüzədir. Səhərlər, sadəcə, bir neçə damcı təbii bitki yağı çəkməklə dərim parlaqlıq qazanır, axşamlar isə bu yağlarla dərimə masaj edirəm. Özü də qoxuları o qədər gözəldir ki, üzümə çəkəndə böyük zövq alıram. Yağlar sayəsində dərim yumşalır və təravətini saxlayır”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm