• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Bal qonaqlığının ən yaddaqalan saç düzümləri – FOTOLAR

Bal qonaqlığının ən yaddaqalan saç düzümləri – FOTOLAR

Mayın 2-də Nyu-Yorkda Metropoliten muzeyində ilin ən vacib moda hadisələrindən biri – 70-ci "Met Ball" Kostyum İnstitutu Balı baş tutub. Publika.az xəbər verir ki, bal İnstitutunun qonaqları makiyajı, saç düzümü və orijinal geyimi ilə hər kəsi təəccübləndiriblər.

Bu mərasimdə dünya ulduzları maksimum dərəcədə fərqlənmək üçün eksperimentlərə əl atıblar. Hər halda tədbirin mövzusu da qeyri-adilik tələb edir. Stilistlər saç barəsində həqiqətən də fantaziyalarını işlədib. Çünki Bal qonaqlığında darıxdırıcı saç formalarına yer yoxdur. Hətta klassikanı sevən ulduzlar da bu dəfə daha cəsarətli davranıb. Dünya ulduzlarının çoxu aşağıda toplanmış səliqəli toppuza üstünlük verib, yarısı uzun saçlarını sadəcə olaraq düzləşdirməklə kifayətlənib, digər yarısı isə dağınıq, qarışıq saç düzümləri üzərində dayanıb.

Məsələn, sevilən aktrisa Bleyk Layvlinin və super model Miranda Kerrin mürəkkəb hörüklərini nəzərə almasaq, onu klassik adlandırmaq olardı. Cazibədar model Siara retro ruhunda saç düzümünə üstünlük verib, lakin boz çalarlar onun obrazına futurizm əlavə edib. Ulduzların makiyajı üzərində işləyən Hollivud vizajistləri bu dəfə qeyri-standart çalarlar və üsulları sınaqdan keçirib. Bir çox tanınmış obrazlar dodaqlarını zəngin və lap tünd tonları ilə vurğulayıb.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>