Məşhur aktrisa BMT-nin xoşməramlı səfiri təyin edildi
Bizi izləyin

Magazin2

Məşhur aktrisa BMT-nin xoşməramlı səfiri təyin edildi

Aktrisa Keyt Blanşett BMT-nin qaçqınların işi üzrə agentliyinin xoşməramlı səfiri təyin edilib.

Publika.az xəbər verir ki, bir ildən çoxdur ki, humanitar təşkilatla əməkdaşlıq edən Keyt Blanşett üçün bu xəbər təəccübləndirici olmayıb: “Mən bu rolu öz üzərimə götürməkdən çox böyük qürur hissi duyuram. Buna qədər heç vaxt qaçqınları dəstəkləmək və onlarla həmrəylik göstərmək üçün bu qədər vacib zaman olmayıb”, deyə Blanşett bəyan edib.

Aktrisa xatırladıb ki, hazırda dünyada 60 milyona yaxın insan müharibə və münaqişələrə görə öz evlərini tərk etməli olub. Bu II Dünya müharibəsi dövründən sonra dünyanın üzləşdiyi ən böyük qaçqın problemidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm