Məşhur müğənni tələbələrə təqaüd kəsdi
Bizi izləyin

Magazin2

Məşhur müğənni tələbələrə təqaüd kəsdi

Məşhur müğənni Rihanna da xeyriyyəçi ulduzlar sırasına qoşulub.

Publika.az xəbər verir ki, ifaçı bundan 4 il öncə yaratdığı “Clara Lionel Foundation” adlı xeyriyyə fondu çərçivəsində istedadlı tələbələr üçün təqaüdlər təsis edib.Təqaüd proqramına Kuba, Braziliya, Haiti, Yamayka, ABŞ və Barbadosdan olan məktəblilər qoşula biləcəklər.

Hər il ABŞ-ın istənilən təhsil müəssisəsində təhsil almaq üçün 5 min dollardan 50 min dollara qədər 50 qrant ayrılacaq. Rihanna belə bir addım ata bildiyi üçün çox xoşbəxt olduğunu deyib: “Başqa bir insana təhsil imkanı vermək böyük şərəfdir. Ali təhsil istedadlı uşaqlara onların layiq olduğu gələcəyi verir. Bunu edə bildiyim üçün çox sevincliyəm”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm