Kann festivalı 2016: Açılış mərasiminin ən yaxşı obrazları – FOTOLAR
Bizi izləyin

Magazin2

Kann festivalı 2016: Açılış mərasiminin ən yaxşı obrazları – FOTOLAR

Dünən 69-cu Kann Kinofestivalı mövsümü təntənəli şəkildə start götürdü. Ənənəyə görə, dünya kinematoqrafiyasının ən parlaq ulduzları qırmızı xalıda təmtəraqlı ziyafət libasları ilə göz qamaşdırıb.

69-cu Kann Kinofestivalının açılış mərasimi moda dünyası üçün də əlamətdar hadisədir. Festivalda nümayiş olunan filmlərlə bərabər ulduzların nə geyindiyini böyük həyəcanla gözləyir və gecənin ən parlaq obrazlarını müzakirə etməyə tələsirik.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, mərasimin açılışında bu dəfə yarıçılpaq və həddindən artıq seksual obrazlara rast gəlinməyib. Məsələn, Culiana Mur, Bleyk Layvli zərif ziyafət libaslarına üstünlük veriblər. Naomi Uotts, Cessika Çesteyn “Armani Prive” moda evindən sadə libaslar geyinib. Biyanka Balti “Albertta Ferretti”-dən “Zoluşka” nağıl qəhrəmanını xatırladan, çoxqatlı, mavi büzmələri olan dəbdəbəli don seçib. Viktoriya Bekhem ciddi minimalizmlə kifayətlənib. O, gecəyə dizaynı özünə aid olan smokinq tərzində kombinezonda təşrif buyurub. Gecənin ən yaxşı obrazlarını təqdim edirik.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm