"Möhtəşəm 100 il Kösəm" serialına kim vida etdi? - FOTO
Bizi izləyin

Magazin2

"Möhtəşəm 100 il Kösəm" serialına kim vida etdi? - FOTO

"Möhtəşəm 100 il Kösəm” serialının 26-cı bölümündən sonra daha bir aktyor seriala vida edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Mehmet Giray xarakterini oynayan tanınmış aktyor Kadir Doğulu instaqramda serialla bağlı fikirlərini paylaşıb. Aktyor bundan sonra "Möhtəşəm 100 il Kösəm”də yer almayacağını açıqlayıb.

Doğulu vidasını "Mənim üçün son! Görə bilməyib səbr edənə, görüb səbr edənə də təşəkkür edirəm! Yeni mövsümdə, tamamilə başqa bir hekayədə, yeni xarakterlə görüşənə qədər! Sevgilərlə" sözləri ilə tamamlayıb.

Qeyd edək ki, Kadir Doğulunun yeni mövsümdə Gökçe Bahadır ilə birlikdə Fox Tv-də yayımlanan serialda rol alacağı deyilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm