Qırmızı xalıda zinət əşyaları ilə bərq vuran gözəllər – FOTOLAR
Bizi izləyin

Magazin2

Qırmızı xalıda zinət əşyaları ilə bərq vuran gözəllər – FOTOLAR

Qırmızı xalıda məşhurları qarşılayan fotokameralardan heç bir detal yayınmır. Kann Kinofestivalının açılışı da istisna deyil.

Publika.az xəbər verir ki, gözəl modapərəstlər nüfuzlu mərasimin açılışın üçün bərq vuran zinət əşyaları ilə seçiblər.

Hollivudun cazibədar aktrisaları obrazlarını xalis almaz və bahalı daş-qaşla işlənmiş zinət əşyaları ilə vurğulayıb. Önəmli tədbirlərdə dünya ulduzları üçün stilislər bir qayda olaraq, uzaqdan görünən iri və sallanma sırğalar seçir. Belə sırğalar gözlərin parıltısı ilə gözəl ahəng təşkil edir və o, bir cüt böyük boyunbağı deyil, sadəcə qolbaq və ya üzük tələb edir. Biyanka Balti, Bleyk Layvli, Culiana Mur, Frederik Bel kimi ulduzlar bu qaydalara əməl ediblər. Aktrisalar təmtəraqlı obrazlarını miniatür klatçlar, kitab şəkilli orijinal əl çantaları və kisəcik şəklində kiçik çantalarla tamamlayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm