Poroşenko Camaləyə xalq artisti adı verdi
Bizi izləyin

Magazin2

Poroşenko Camaləyə xalq artisti adı verdi

Ukrayna Prezident Pyotr Poroşenko Avroviziya-2016 musiqi yarışmasının qalibi Camaləyə Ukraynanın xalq artisti adını şəxsən təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko məlumat verib.

"Bu fantastik qələbə idi. Sən böyük əksəriyyəti xoşbəxt etdin", - Poroşenko Camilə ilə görüşündə deyib.

Prezident həmçinin Camalənin sayəsində Krım məsələsinin yenidən gündəmdə olduğunu vurğulayıb.

Xatırladaq ki, Ukrayna təmsilçisi Camalə Krım tatarlarının sürgün edilməsini özündə ehtiva edən "1944" mahnısı ilə Avroviziya-2016 müsabiqəsinin qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm