Rza Zərrab Ebru Gündəşlə belə tanış olub
Bizi izləyin

Magazin2

Rza Zərrab Ebru Gündəşlə belə tanış olub

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab vəkili Bencamin Brafman vasitəsilə məhkəməyə 10 milyon dolları nağd, cəmi 50 milyon dollarlıq girov ödəməyi təklif edib.

Brafman bu girov qarşılığında müvəkkilinin Nyu-Yorkda 24 saat ərzində silahlı mühafizəçilərin nəzarəti altında qala biləcəyi bir evdə saxlanılmasını tələb edib. Məhkəməyə təqdim olunan 22 səhifəlik girov təklifində Zərrabın qalacağı evdən ancaq müalicə, vəkillə görüş, ibadət və məhkəmədəki məhkəmə iclasları üçün çıxa biləcəyi qeyd edilib. Baş prokuror Preet Bharara Zərrabın vəkilinin təklifini yetərsiz sayaraq onu rədd edib. Zərrabın vəkili bununla kifayətlənmək niyyətində deyil. O, bu məsələ ilə bağlı yenidən məhkəməyə müraciət edəcək.

Rza Zərrabın girov ərizəsində həyat yoldaşı müğənni Ebru Gündəşlə necə tanış olduğu isə belə izah edilib: "Türkiyənin məşhur müğənnisi Ebru Gündəş cənab Zərrabın qardaşının 2005-ci ildə baş tutan toyunda səhnəyə çıxıb. Cənab Zərrab Gündəşin uzun müddət heyranı olub. Zərrab sevdiyi müğənni üçün bir neçə mahnı bəstələyib ortaq dostları vasitəsi ilə ona göndərib. Bu hadisədən çox təsirlənən Gündeş Zərrab ilə görüşmək istədiyini söyləyib. Bu görüşdən sonra cütlük bir-birlərinə aşiq olub. 2010-cu ilə onlar evlənməyə qərar verib, 2011-ci ildə isə cütlüyün qızı dünyaya gəlib. Gündəş Zərrabın bəstələdiyi mahnılardan ibarət albom da çıxarıb. Zərrab həbsindən dolayı bu evliliyi fəda etməyəcək".

Ərizədə Zərrabın ciddi sağlamlıq problemləri: bağırsağında polip, mədəsində xora və böyrəyində problem olduğu da bildirilib. Zərrabın həkim tərəfindən mütəmadi olaraq həkim nəzarətində saxlanılmalı olduğu, girov təklifi qəbul edilərsə, səhhətinin yaxşılaşacağı da qeyd olunub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm