Kreyq Ceyms Bond olmayacaq
Bizi izləyin

Magazin2

Kreyq Ceyms Bond olmayacaq

48 yaşlı britaniyalı aktyor Deniel Kreyq daha Ceyms Bond rolunda çəkilmək istəmir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, növbəti iki filmdə çəkilməyə razılıq verməyib və müqavilədən imtina edib. Bu rol müqabilində aktyora 100 min dollar qonorar təklif olunsa da, onu razı sala bilməyiblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəlki filmlər aktyora cəmi 55 milyon dollar qazandırıb.

Aktyor bu qərarı "007: Spektr" filmindən sonra verib. Ulduza yaxın mənbələr qeyd edir ki, Kreyqin bu qərarı verməyinə tənqidçilərin rəyi təsir göstərib, həmçinin dizindən zədə alması çəkilişlərdə onu xeyli yorub.

2015-ci ilin oktyabrında isə o, xarici nəşrlərin birinə müsahibə zamanı jurnalistin sualına belə cavab vermişdi: “Bondu gələcəkdə yenidən oynamağı planlaşdırmıram. Damarlarımı kəsərəm, amma filmin 5-ci hissəsində oynamaram”.

Son bir neçə ay ərzində xarici mətbuatda Ceyms Bondun kim olması müzakirə olunur. Namizədlər arasında Tom Hiddlston, Tom Hardi, İdris Elba, Demian Lyuis, və Henri Kavillin adları çəkilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm