Məşhur müğənni borca görə məhkəməyə düşdü
Bizi izləyin

Magazin2

Məşhur müğənni borca görə məhkəməyə düşdü

Satdığı evin iki illik vergi haqqını ödəmədiyi üçün məhkəmə Orxan Gəncəbayın 5 min lirə təzminat ödəməsinə qərar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi məhkəmə qərarına baxmayaraq, borcunu bir ildir ki, ödəmir.

Müğənni bir neçə il əvvəl Yeditəpə qəsəbəsindəki evini satışa çıxarıb. Ancaq qəsəbə rəhbərliyinin iddia etdiyi vergi borcunu ödəməyib. Bundan sonra rəhbərlik məhkəmədə iddia qaldırıb, onun haqqında 10 min lirəlik cəza tələb olunub.

Orxan Gəncəbay 6 il əvvəl başlanan məhkəməyə etiraz edib. Gəncəbayın vəkili Tuba Özək müvəkkilinin bu evdə yaşamadığını bildirərək iddianın rədd olunmasını istəyib. Qəsəbə rəhbərliyi isə etirazın ləğvi üçün yenidən iddia qaldırıb və haqsız yerə etiraz edildiyi üçün 40 faiz nisbətində icra-inkar kompensasiyanın da hökm edilməsini tələb edib.

Məhkəmə Gəncəbayın vergi borcunun olub-olmamasının müəyyən edilməsi üçün ekspertə müraciət göndərib. Ekspert Gəncəbayın 2009 və 2010-cu illərdə təxminən 5 min lirə vergi borcunun olduğunu bildirib. Məhkəmə Orxan Gəncəbayın vergi borcunun olduğunu bildirərək 4 min 698 lirə 18 qəpik borcunun, qəsəbə rəhbərliyinin tələb etdiyi 40 faiz icra-inkar təzminatın, ümumilikdə təxminən 1500 lirə borcunu ödəməsinə qərar verib. Bu qərara baxmayaraq Gəncəbay borcunu hələ də ödəməyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm