"O səs Türkiyə" bu görüntülərə görə cərimələndi - VİDEO
Bizi izləyin

Magazin2

"O səs Türkiyə" bu görüntülərə görə cərimələndi - VİDEO

Acun İlıcalının rəhbəri olduğu TV8-də elə özünün aparıcılığıyla təqdim olunan "O səs Türkiyə" yarışmasına cəza verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsi üzvü, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Nadir Ataman və vəkil Taner Kazanoğlu şikayət edərək yarışmanın səhnəsində ardıcıl olaraq səmazən (sufizmə aid olan, xüsusi geyimdə) rəqsinin, daha sonra isə başqa rəqqasələrin görünməsini "hörmətsizlik" adlandırıblar:

"Ölkəmizdəki ən böyük problem: şəxsi haqq və inanclara hörmət göstərilməməsi. Bu proqram da bunun ən son örnəyidir".

Türkiyənin ali televiziya qurumu RTÜK şikayəti haqlı sayaraq 8 üzvünün ümumi səsiylə telekanala cəza kəsib. TV8 "Əhalinin milli və mənəvi dəyərlərinə zidd yayımına görə" 373 min 183 lirə (təxminən 180 min manat) ödəməli olacaq.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm