100 yaşlı model məşhur jurnalın üz qabığında – FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin2

100 yaşlı model məşhur jurnalın üz qabığında – FOTOLAR/VİDEO

Bu il Böyük Britaniyanın “Vogue” jurnalı yüz illik yubileyini qeyd edir.

Belə böyük hadisələrin şərəfinə jurnal öz oxucuları üçün çoxlu sürprizlər hazırlayıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan biri də model Bo Hilbertin jurnalın üz qabığına çəkilməsi olub. Məsələ ondadır ki, Bo Hilbert də bu il 100 yaşını qeyd edəcək.

Redaktorlarının sözlərinə görə, 100 yaşlı qəhrəmanın jurnala çəkilməsi modellik sahəsində ilk təcrübə olub. Buna baxmayaraq, kadrlar çox effektli alınıb: “Onun düz qaməti, ideal manikürü, üslubu isə əladır”.

Miss Bo üçün stilistlər “Dries Van Noten” brendindən açıq-çəhrayı palto, “Victoria Beckham” moda evindən minimalist top, “The Row” brendindən bol kəsimli şalvar, “Lanvin”dən effektli boyunbağı, “Valentino”dan isə qoruyucu eynək seçiblər.

Britaniyanın “Vogue” moda jurnalının iyun nömrəsini isə Keyt Middlton bəzəyəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm