Şarlz Teron öpdü, Şon Penn əzab çəkdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Şarlz Teron öpdü, Şon Penn əzab çəkdi – FOTOLAR

Bir il yarım eşq yaşadıqdan sonra yolları ayrılan Şon Penn-Şarlz Teron cütlüyü Kann film festivalının son günündə rastlaşıb.

Publika.az xəbər verir ki, Şon Penni tərk etdiyi deyilən Şarlz onu görən kimi yanına gedib və yanağından öpüb. Ancaq fotolardan da göründüyü kimi Şon Penn bu vəziyyyətdən məmnun qalmayıb. Onun üz ifadəsi keçmiş sevgilisinin qeyri-səmimi mehribanlığından əzab çəkdiyini göstərir.

Şarlz Teron Şon Pennlə mədəni insanlar kimi ayrıldığını desə də, aktyoru tərk etdiyi ilə bağlı iddialar səngiməmişdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm