“Möhtəşəm 100 il: Kösəm” tamaşaçıları ağladacaq – Bu axşam
Bizi izləyin

Magazin2

“Möhtəşəm 100 il: Kösəm” tamaşaçıları ağladacaq – Bu axşam

“Möhtəşəm 100 il: Kösəm” serialının bu axşamkı bölümündə olduqca təsirli səhnələr var.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kösəm Sultan uşaqlığından bəri öz övladı kimi sevdiyi şahzadə Osmanı doğma oğlu Mehmedin yerinə taxta çıxarır. Bunun üçün həyatını belə təhlükəyə atan Kösem Sultan verdiyi bu qərara görə övlad acısı yaşayır. Safiyə Sultanın intriqalarına aldanan Osman şübhələrindən heç cür xilas ola bilmir.

Gənc Osman Şeyxülislamdan ala bilmədiyi fətvanı başqasından alır və Kösəm Sultanın taxt-taca namizəd olan oğlu Şahzadə Mehmedi edam etdirir. Kösəm Sultan oğlunu xilas etmək istəyəndə qarşılaşdığı mənzərədən sarsılır. O, oğlunun cansız bədənini görəndə göz yaşlarına hakim ola bilmir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm