• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

Məşhur aktrisa anasını itirdi

  • Magazin2
  • 26 May 2016 12:45
  • 432 Baxış
Məşhur aktrisa anasını itirdi

Məşhur aktrisa Cennifer Enistonun anası Nensi Dou 79 yaşında dünyasını dəyişib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa hadisədən çox kədərləndiyini ifadə edib: “Anam 79 yaşında uzun sürən xəstəlik nəticəsində vəfat edib. O, son günlərini yaxınlarının əhatəsində keçirib. Mətbuatdan şəxsi həyatıma hörmət etməyi və ailə məsələlərinə müdaxilə etməməyi xahiş edirəm. Onsuz da bu itkidən kifayət qədər sarsılmışıq”.

Nensi Dou bir neçə gün öncə təcili xəstəxanaya yerləşdirilmişdi. Qonşular jurnalistlərə deyiblər ki, Nensi son günlərdə demək olar ki, heç kimlə görüşmürdü. Aktrisanın anası ilə arasındakı münaqişə on ildən artıqdır davam edir. Bəzi mənbələr bildirir ki, Nensi Dou aktrisalıq karyerasının alınmamasında qızı Ceni və oğlu Conu təqsirləndirir. Başqa bir versiyaya görə, münaqişənin səbəbi Cenniferin anasının “Ana, qız, rəfiqələr: Xatirələr” kitabı olub. Məsələ ondadır ki, Nensi kitabda qızının ən yaxşı keyfiyyətlərini qeyd etməyib. Müğənni anasını hətta 2000-ci ildə Bred Pittlə toyuna da dəvət etməyib.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR