Məşhur aparıcı hərbi fonda avtomobil bağışladı
Bizi izləyin

Magazin2

Məşhur aparıcı hərbi fonda avtomobil bağışladı

Aparıcı Esra Erol Mehmetçik (əsgər) vəqfinə avtomobil bağışlayıb.

Publika.az xəbər verir ki, Esra Erol bu addımı verilişində verdiyi sözün üstündə durmaq üçün atıb.

Onun aparıcılıq elədiyi verilişdə tanış olub evlənən cütlüklər arasında müsabiqə keçirilib. Cütlüklərdən biri müsabiqədə qalib gəldikləri halda, avtomobili mehmetçik vəqfinə bağışlayacağını deyib. Ancaq həmin cütlük müsabiqənin ilk mərhələsində məğlub olub. Esra Erol isə onlara “Sizin adınıza bu avtomobilin gəlirini özüm həmin vəqfə bağışlayacağam”, – deyə söz verib.

Canlı yayımda mehmetçik vəqfini təmsil edən Mustafa Akyola sənədləri təqdim edən aparıcı tamaşaçılardan böyük alqış alıb. Göz yaşlarına hakim ola bilməyən aparıcı “Vətənim üçün bu xidməti etmək, mənim vəzifələrimdən biridir”, – deyib.

Esra Erolun 9 ildir davam edən verilişində bu günə kimi 325 cütlüyün münasibəti toyla nəticələnib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm