Məşhur müğənnidən həyat yoldaşına 100 minlik hədiyyə - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənnidən həyat yoldaşına 100 minlik hədiyyə - FOTO

Azərbaycanda da kifayət qədər məşhur olan və sevilən türkiyəli müğənni Sərdar Ortac ayrıldığı iddia edilən həyat yoldaşına sürpriz edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ifaçı gənc həyat yoldaşı Xloe Loughnana bahalı maşın bağışlayıb.

Maşının qiyməti isə 100 min avrodur. Maşın 2009-cu il istehsalı olan "Mercedes Benz SL 280"dır. İdman stilində olan maşın boz rəngdədir. Cütlük bu hədiyyəni birlikdə şam edərək qeyd edib.

Onlar restoranda əylənərkən paparatsilərin hədəfinə tuş gəliblər. Ortac ayrılıq barədə iddiaları da təkzib edib. O, model olan həyat yoldaşını çox sevdiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm