İŞİD dünya gözəlini... - VİDEO
Bizi izləyin

Magazin2

İŞİD dünya gözəlini... - VİDEO

Filippində İŞİD-ə sədaqət andı içən iki radikal təşkilat yanvar ayında ölkədə keçiriləcək gözəllik yarışının qalibinə sui-qəsd hazırlamaq tapşırığı verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-in iki təşkilatı “Kainat gözəli”nə sui-qəsd hazırlanması tapşırığı verib. Belə ki, “Bangsamoro İslami Azadlıq Döyüşçüləri” və “Əbu Sayyaf” adlı təşkilatları “İŞİD Döyüşçüləri” adlı kanalda yayımladıqları videoda kainat gözəlinə qarşı bombalı kəmər sui-qəsd təşkil edəcəyini elan edib. Təşkilatlar kəmərli bomba istehsalı ilə bağlı texniki məlumatlar da verib.

Xatırladaq ki, İŞİD təşkilatı ötən həftə iki Kanada vətəndaşına da sui-qəsd təşkil edib. Hələ Filippinin hansı şəhərində keçiriləcəyi açıqlanmayan Miss Universe (Kainat Gözəli) müsabiqəsi yanvarın 30-da keçiriləcək. Bütün dünyanın finalçılarının qatıldığı müsabiqədə “Kainat Gözəli”nə tacı keçən ilin qalibi Pia Vurtzbaç təqdim edəcək.

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm