• USD 1,7001 0,00% EUR 2,0865 -0,40%
    • GBP 2,3644 -0,53% RUB 0,0300 0,00%

Jerar Depardye mədəniyyət mərkəzi açıb

  • Magazin2
  • 28 Avqust 2016 08:01
  • 451 Baxış
Jerar Depardye mədəniyyət mərkəzi açıb

Rusiyanın Saransk şəhərində dünya şöhrətli fransız aktyoru Jerar Depardyenin adını daşıyan mədəniyyət mərkəzi açılıb.

Saranskda qeydiyyatında olan Rusiya vətəndaşı Jerar Depardye tədbir iştirakçılarını rus dilində salamlayaraq deyib: “Mən fəxr edirəm ki, Saranskda yaşayıram. Dostlarıma, bu işdə mənə kömək edən şəhər rəhbərliyinə minnətdaram. Onlar mənə bu gözəl mərkəzin yaranmasında kömək etdilər. Sevinirəm ki, kinoteatrın qarşısında gözəl məbəd durur. Mədəniyyət və mənəviyyat həmişə, hər yerdə yanaşı addımılayır”, - deyə aktyor vurğulayıb.

Tədbirdə Dövlət mükafatı laureatı, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçyov çıxış edərək yeni açılan kinomərkəzin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Bildirilib ki, kinomərkəzdə dörd zal var. Bunlardan ikisi uşaq və ailələr üçün nəzərdə tutulub, eyni zamanda burada 630 nəfərlik kino-konsert zalı da fəaliyyət göstərəcək.

Sonda populyar musiqiçilər konsert proqramı ilə çıxış ediblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>