Prezident qızlar üçün şpaqat açdı - - FOTOLAR
Bizi izləyin

Magazin2

Prezident qızlar üçün şpaqat açdı - - FOTOLAR

Ağ evdə son günlərini yaşayan Barak Obama Olimpiya və Paraolimpiya medalçıları ilə görüş zamanı şpaqat açıb.

Ağ evdə son günlərini yaşayan Barak Obama Olimpiya və Paralimpiya medalçıları ilə görüş zamanı şpaqat açıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Rio de Jeneyroda keçirilən yarışlarda ən çox medal qazanan ölkə olmasını qeyd etmək qərarına gəlib. Qırmızı rəngli forma geyinən yüzlərlə idmançı Ağ evə toplaşıb. Prezident Obama ABŞ yığmasını 46 qızıl medal qazanması münasibəti ilə təbrik edib. O, çıxışında qadınların bu il oyunlarda xüsusi dominantlıq əldə etdiyini və yaxşı nəticələr göstərdiyini vurğulayıb: "Bizim qadınlar təkbaşına digər ölkələrin əksəriyyətindən daha çox medal qazanıb”.

B.Obama gimnastlarla birlikdə şpaqat açmağa çalışsa da, onun cəhdi uğursuz alınıb, əvəzində isə fotoqraflar maraqlı anları lentə alıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm