Azərbaycanlı "Rusiyanın səsi" yarışmasını fəth etdi - - VİDEO
Bizi izləyin

Magazin2

Azərbaycanlı "Rusiyanın səsi" yarışmasını fəth etdi - - VİDEO

Lyudmila Qurçenkonun əslən azərbaycanlı olan stilisti Aslan Əhmədov "Rusiyanın səsi" yarışmasında iştirak edib.

Lyudmila Qurçenkonun əslən azərbaycanlı olan stilisti Aslan Əhmədov "Rusiyanın səsi" yarışmasında iştirak edib.

Publika.az xəbər verir ki, Aslan, "Gee Baby, Aint Good To You I" caz kompozisiyasını ifa edib. İfaçının çıxışına münsiflərdən yalnız Polina Qaqara ilə Leonid Aqutin çevrilib.

Aslan Əhmədov çıxışından sonra özü haqqında danışıb: "Mən Aslan Əhmədov rejissor və foto rəssamam. 43 yaşım var, lakin 30 ildir ki, Moskvada yaşayıram. Məni yəqin ki, Lyudmila Qurçenkoya həsr olunmuş məlum layihələrdən tanıyırlar. Professional musiqi təhsilim yoxdur, amma mən uşaqlıqdan musiqiylə məşğulam. Buraya gəlişim iki səbəbdən baş verib: "Birincisi, mən hansısa peşəkarlıq keyfiyyətlərimi göstərmək istədiyim. İkincisi, mən həmişə utanırdım və səhnəyə çıxmağa tələsmirdim, ancaq bir dəfə yaxın dostum Lyudmila Qurçenko mənə bir dəfə "Səndə heç kəsdə olmayan istedad var və sən onu göstərməlisən” dedi. Ona görə də Lyusenkaya çox sağ ol deyirəm, məni o ruhlandırıb".

Aslanın ifasını tamaşaçılar heyranlıqla dinləyib və ona "Afərin" deyiblər. Aslan çıxışından sonra çalışdırıcıları qarşısında təəssüratlarını bölüşüb və bildirib ki, çox həyəcanlı idi.

Məlumat üçün bildirək ki, Aslan Əhmədov Rusiyada daha çox vizajist kimi tanınır. O, uzun müddət Lyudmila Qurçenko ilə çalışıb. Onu həmişə Aslan bəzəyib, hətta müğənni vəsiyyət edib ki, onu son mənzilə yola salanda uzun illər işlədiyi ustası bəzəsin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm