• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kıvanç Tatlıtuğla Tuba Büyüküstünün öpüş səhnələri OLAY oldu - VİDEO

  • Magazin2
  • 29 Noyabr 2016 11:45
  • 628 Baxış
Kıvanç Tatlıtuğla Tuba Büyüküstünün öpüş səhnələri OLAY oldu - VİDEO

“Star TV”-də yayımlanan “Cəsur və Gözəl” serialının son bölümündə baş rol ifaçıları: Kıvançla Tubanın öpüş səhnələri olay yaradıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun anası Nurdan Tatlıtuğ öpüş səhnəsi haqqında instagram hesabında müsbət fikirlər yazıb. Lakin N.Tatlıtuğun "İlin ən yaraşıqlı cütlüyü, sizə maşallah olsun. Allah hər ikinizi də bəd nəzərdən qorusun!” rəyi maqazin gündəmində birmənalı qarşılanmayıb.

Bundan sonra aktyorun anası yazdığı rəylə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, bildirib ki, bu rəy gəlini Başak Dizerə hər hansı mesaj deyil. O, açıqlmasında “Kıvanç və Tuba serialda bir-birinə yaraşır. Tubanı isə heç tanımıram. O səhnəni yaxşı oynadıqları üçün bir anda fikrimi bildirmək istədim. Ağlımı itirməmişəm, Başaka heç bir etirazım yoxdur. Onun inciməsini əsla istəmərəm. Qızımımın xətrinə dəymişəm, səhv etdim" – deyə bildirib.

Yaraşıqlı aktyorla Başak Dizer 2016-cı ilin fevralında Parisdə evlənib. İddialara görə, N.Tatlıtuğun gəlini ilə münasibətləri yaxşı deyil.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR