Möhtəşəm Yeni İl: Mənzil, avtomobil və səyahət bileti sizi gözləyir - - FOTO
Bizi izləyin

Magazin2

Möhtəşəm Yeni İl: Mənzil, avtomobil və səyahət bileti sizi gözləyir - - FOTO

“ƏN Yeni İl” konsertinə gələnlər mənzil, avtomobil və səyahət bileti qazanacaq.

Bakı Olimpiya Stadionunda baş tutacaq “Ən Yeni İl” adlı konsert proqramı ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, mətbuat konfransında stadionun direktoru Cavid Qarayev, BOS-un mətbuat katibi Cəmilə Mehdiyeva, Miri Yusif və proqramın aparıcısı İlkin Həsəni iştirak edib.

Cavid Qarayevin sözlərinə görə, konsertə giriş saat 18:00-da, şou isə gecə saat 20:00-da başlayacaq: “Konsert 20 min tamaşaçı üçün nəzərdə tutulub, bu günə kimi təxminən 2500-dən çox bilet satılıb. Ancaq biz ümidimizi itirmirik, 1 ay vaxtımız var. Azərbaycanlılar nədənsə hər işini sona saxlayır. Odur ki, ayın sonuna qədər biletlərin satışının artacağını düşünürük”.

C.Qarayev həm məşhurların, həm də tamaşaçıların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağını xüsusi vurğulayıb. O, eyni zamanda türkiyəli ulduzların konsertdə çıxış etmələrinə də aydınlıq gətirib: “Şou sahəsində azərbaycanlıların daha çox hansı ölkələrin müğənnilərinin sevməsini araşdırdıq və türklərin daha çox sevildiyi qənaətinə gəldik. Yerli sənətçilərə gəlincə, Miri Yusif və Röyanın dinləyici kütləsi daha çoxdur. Bu baxımdan onları sevənlərin konsertə gəlməyə daha çox təşəbbüs göstərəcəklərinə inanıram”.

Şou-proqramın aparıcısı İlkin Həsəni isə bu konsertin tamam fərqli formatda keçiriləcəyini ifadə edib: “Soyuqda, açıq havada və minlərlə tamaşaçı qarşısında aparıcılıq etmək böyük məsuliyyətdir. Üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacağam”.

Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva konsertdə hər bir müğənninin 10 mahnı ilə çıxış edəcəyini bildirib: "Konserti hansı ifaçının açıb, hansının bağlayacağı isə tamaşaçılar üçün sürpriz olacaq".

C.Mehdiyeva gecə saat 00.00-da bayram atəşfəşanlığının olacağını və konsert proqramının diskoteka ilə davam edəcəyini söyləyib: “Bundan başqa, tamaşaçıların rahatlığı üçün tədbir günü metronun iş vaxtı da uzadılıb, əlavə olaraq “Koroğlu” metro stansiyasından avtobuslar stadion istiqamətində, tədbirdən sonra əks istiqamətdə yola düşəcəklər”.

Məlumat üçün bildirək ki, konsertə biletləri “Iticket.az” saytından, "ASAN xidmət" mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar.

Qeyd edək ki, “Ən Yeni İl” konsertinə yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı, türkiyəli ulduzları Hadisə, Demet Akalın, Murad Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmud Orxan da qatılacaq.

Əlavə olaraq, əsl bayram əhval-ruhiyyəsi yaratmaq məqsədi ilə konsertin təşkilatçıları lotereya oyunları təşkil edəcək. Lotereyada qalib olan şəxslər bir mənzil və 2 avtomobillə mükafatlandıracaq. Hədiyyələr arasında Macarıstana 2 nəfərlik səyahət bileti də daxildir. Hər biletin sahibi lotereyada iştirak edə bilər, lakin bunun üçün konsert günü stadiona gəlib biletin kötüyünü xüsusi lototrona atmaq tələb olunur.

Aytən,

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm