Evlilik proqramlarına ağır ZƏRBƏ
Bizi izləyin

Magazin2

Evlilik proqramlarına ağır ZƏRBƏ

Şikayətlər Türkiyənin Radio və Televiziya Şurasını hərəkətə keçirib.

Evlilik proqramları ilə əlaqədar vətəndaşlardan gələn şikayətlər Türkiyənin Radio və Televiziya Şurasını hərəkətə keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşların şikayətlərini araşdıran qurum Kanal D, FOX, Star, ATV, Show TV və Flash TV-yə qarşı pul cəzası kəsib.

Məlumata görə, ötən il evlilik proqramları ilə əlaqədar ötən il quruma 7 min 297 şikayət daxil olduğu halda, bu il şikayətlər təxminən 12 dəfə artaraq 87 mini keçib.

Vətəndaşların ən şox şikayət etdiyi proqram Kanal D-də yayımlanan “Qismətsə olur” verilişi olub. Bu proqramdan şikayət edənlərin sayı 38 mindən çox olub. İkinci yerdə isə əvvəlcə FOX, daha sonra isə STAR TV-yə keçən "Zuhal Topalla" evlilik proqramı qərarlaşıb. Bu proqramdan 18 mindən çox insan vətəndaş şikayətlənib. ATV-də yayımlasan "Esra Erolla" verilişi şikayətlərin (13 min) sayına görə ilk üçlüyü tamamlayıb.

Seda Sayanın aparıcısı olduğu "Evlənəcəksən gəl" verilişinə 3678, Flash TV-dəki "Dest-i İzdivac" proqramı ilə bağlı isə 290 şikayət gəlib.

Vətəndaşların şikayətləri əsasən əxlaq, mənəvi dəyərlər və ailənin qorunması prinsipinə zidd sözlərdən istifadə edilməsi ilə bağlı olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm