Azərbaycanlı qızların sinov getdiyi müğənnidən ermənilərə BÖYÜK DƏSTƏK
Bizi izləyin

Magazin2

Azərbaycanlı qızların sinov getdiyi müğənnidən ermənilərə BÖYÜK DƏSTƏK

Azərbaycanlı qızların sinov getdiyi müğənnidən ermənilərə BÖYÜK DƏSTƏK

Dima Bilan qondarma erməni soyqırımı haqqında mahnı oxumağa hazırlaşır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni bunu "МузТВ" telekanalına verdiyi müsahibəsində bildirib.

Artistin sözlərinə görə, mahnı artıq hazırdır, klipin çəkilişlərinə başlanılıb. Klip Ararat vadisində çəkilib, qalan hissəsi isə Mosfilmin xüsusi olaraq bəzənilmiş pavilyonunda lentə alınacaq: "Mənə bu mövzu tarixdən tanışdır. Ulu nənəm (ana xətti) Şuşan Tiqranovna Kruni 13 yaşlı qızı ilə soyqırımından güclə xilas olub. Onu Türkiyədən Rusiyaya qaçan köhnə rus təriqətçiləri qurtarıb. Təəssüf ki, ulu nənəm mən anadan olmamış vəfat edib. Amma anamın sözlərinə görə, nənəm öz doğmaları haqqında heç bir məlumatı olmasa belə bütün həyatı boyu onları axtarıb".

Ermənistan KİV-lərinin verdiyi məlumata görə, klipin təqdimatı 2017-ci ilin aprel ayında qondarma erməni soyqırımının 102-ci ildönümünə planlaşdırılır.

2016-ci ilin martında İrəvanda konsert verən Bilan o ərəfədə qondarma erməni "soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət edib.

Xatırladaq ki, rusiyalı müğənni Dima Bilan 2009-ci ildə "Eurovision" beynəlxalq musiqi müsabiqəsinin qalibi olub və Azərbaycanda dəfələrlə konsert proqramları ilə çıxış edərək sevgi ilə qarşılanıb. Ölkəmizdə böyük rəğbət qazanan Dima Bilan üçün azərbaycanlı qızların sinov getdiyi desək, yalan olmaz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm