Şeyxə ərə gedən azərbaycanlı qız hamını KÖVRƏLTDİ: "Siz bunu edəndə mən..."
Bizi izləyin

Magazin2

Şeyxə ərə gedən azərbaycanlı qız hamını KÖVRƏLTDİ: "Siz bunu edəndə mən..."

Gimnastın bu barədə yazdığı fikirlərii olduğu kimi təqdim edirik.

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi artıq neçə gündür ki, sosial şəbəkələrdə müzakirə obyekti olub.

Publika.az xəbər verir ki, azərbaycanlı gimnast ünvanına səslənən tənqidlərdən bezərək baş verənlərə aydınlıq gətirib. Gimnastın bu barədə yazdığı fikirlərini olduğu kimi təqdim edirik.

"Adətən qız gəlin köçəndə hamımız ona xoşbəxtlik diləyirik. Amma məndə bu, baş vermədi. Mən sizin heç birinizdən heç nə xahiş etməmişdim və 24 yaşında ərə gedəndə kifayət qədər müstəqil və öz ayaqları üstündə möhkəm dayanan qız idim. Uşaqlıqda həmyaşıdlarım küçədə oyunlar oynayanda, doyunca şirniyyat yeyəndə mən bunların heç birini edə bilmir, dincəlmir, heç kimlə münasibətlər qurmurdum. Həmçinin klublarda əylənmirdim, halbuki həmyaşıdlarım o məkanlardan ayrılmırdı. Mən aylarla valideynlərimin üzünü görmürdüm, həyatım yarısını təyyarələrdə və səfərlərdə keçirirdim. Çünki mən idmançı idim, peşəkar idmançı. Mən ciddi rejimdə idim və ən mühafizəkar baxışları olan ailədə böyümüşəm.

Mən bədii gimnastikada ölkəni təmsil edən, medal gətirən və dəfələrlə öz ölkəsinin bayrağını qaldıran ilk milli kadr idim! Şükürlər olsun ki, ailəm acından heç vaxt ölməyib. Valideynlərim mənə insanlara statusundan asılı olmayaraq hörmət etməyi, çalışmağı və yalnız öz əməyinlə məqsədlərə çatmağı öyrədib. Mən həmişə sonadək vuruşur və bütün işlərimin daha yaxşı olmasına çalışırdım. Məktəbdən başlayaraq işimə qədər.

Mən Qəbələdə işləməyə can atmırdım, sadəcə ölkəmizin ən yaxşı idmançılarından biri ilə idman klubunda işləməyə dəvət aldım. Biz Qəbələdə dünya miqyaslı yarışların ən yüksək səviyyədə keçirilməsi üçün yorulmaq bilmədən işləyirdik. Və buna nail olmuşuq, Avropa oyunlarında tam yerli kadrların təşkil etdiyi yeganə idman növü atıcılıq olub. Daha 150 ölkədən 3000 iştirakçı 2 il yarım ərzində bizim layihələrdə iştirak edib.

Mən uzun müddət öz gimnastika məktəbimi açmaq üçün çırpınırdım. Axırda öz arzumu həyata keçirdim və mənim gözəl balaca tələbə uşaqlarım var idi.

Və bu gün internet istifadəçilərin yarısı, yaşlı kişilər və qadınlar mənim şəxsi həyatımı, işimi, bir sözlə məni müzakirə edirlər. Barəmdə məqalə yazan, yoxsa ki, bu ucuz piarı dəstəkləyən insanlardan hansının daha pis olduğunu deyə bilmərəm.

Düşünürəm ki, 25 yaşımda bu ölkə üçün sözügedən xəbərə şərh yazanlardan, mənim həyatımı müzakirə edib gülənlərdən daha çox iş görmüşəm.

Hamınıza ən xoş arzularımı bildirirəm. Demək istəyirəm ki, mən şahzadələr axtarmırdım. Mən ümumiyyətlə, heç vaxt heç kimi axtarmırdım. Qismətdən kənara çıxmaq olmur".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm