Polad Bülbüloğlunun da iştirak etdiyi Londondakı “ƏSRİN TOYU”ndan İSTİ GÖRÜNTÜLƏR
Bizi izləyin

Magazin2

Polad Bülbüloğlunun da iştirak etdiyi Londondakı “ƏSRİN TOYU”ndan İSTİ GÖRÜNTÜLƏR

Gecənin əsas qonaqları isə ser Elton Con, Meray Keri və aktyor Antonio Banderas olub.

Rusiyalı milyarder, “Domodedovo” hava limanının sahibi Valeri Koqan nəvəsinə elə bir toy mərasimi təşkil edib ki, səsi dünyanın dörd bir tərəfinə yayılıb.

Publika.az xəbər verir ki, Koqan nəvəsi İrinanın toyuna Rusiyanın tanınmış müğənniləriylə yanaşı, dünya ulduzlarını da dəvət edib.

Gecənin əsas qonaqları isə ser Elton Con, Meray Keri və aktyor Antonio Banderas olub.

Mərasim Londonda yerləşən məşhur “The Landmark London” otelində təşkil olunub. 19 yaşlı İrina Koqan həmyaşıdı, İngiltərə əsilli yəhudi Deniel Kenveylə ailə qurub. Onlar Londonda təhsil aldırları ali məktəbdə tanış olublar.

Toya dəvət alanlar arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da olub.

Tədbir Meray Kerinin 1 saatlıq konserti ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm