Daha bir Hollivud aktrisası İslamı qəbul etdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Daha bir Hollivud aktrisası İslamı qəbul etdi - FOTOLAR

Daha bir Hollivud aktrisası müsəlmanlığı qəbul etdi

Bu yaxınlarda Türkiyəyə səfər edən aktrisa Lindsey Lohanın İslamı qəbul etdiyi iddia olunur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun çılğın ulduzu "instagram" hesabındakı bütün fotolarını silib və bioqrafiyasına “Aleyküm Salam” yazıb. İddialara görə, əvvəllər də İslam dini ilə maraqlanan aktrisa müsəlman olmağa qərar verib.

Xatırladaq ki, Lohan 2015-ci ildə Nyu-York küçələrində əlində “Qurani-Kərim” kitabının ingilis dilli versiyası ilə görüntülənmişdi. Lindsey Lohanın meneceri aktrisanın İslam mədəniyyəti ilə yaxından maraqlandığını və ərəbcə öyrənməyə başladığını açıqlamışdı. Lindsey Lohan Türkiyə səfəri zamanı suriyalı qaçqınları ziyarət etmiş və olnara dəstək olmuşdu.

Məlumat üçün onu da bildirək ki, Lindsey Lohan tez-tez sevgili dəyişməsi xəbərləri ilə və narkotik qalmaqalları ilə gündəmə gələn ulduzlardandır. Aktrisanın adı ABŞ-ın yeni prezidenti Donald Trampla seks qalmaqalında da hallanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm