"Receb İvedik 5"-də azərbaycanlıları QƏZƏBLƏNDİRƏN SƏHNƏ - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Magazin2

"Receb İvedik 5"-də azərbaycanlıları QƏZƏBLƏNDİRƏN SƏHNƏ - VİDEO (YENİLƏNİB)

“Rəcəb İvedik 5” filminin fraqmenti yayımlanıb.

Baş rolda Şahan Gökbaharın çəkildiyi "Receb İvedik 5" filminin fraqmentdəki bəzi səhnələr sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, idmançı rolunu canlandıran aktyorun filmdə azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sözügedən səhnədə Recep İvedik azərbaycanlı boksçunu döyərək rinqin bir küncünə atır.

Aktyor Şahan Gökbakar "Instagram" hesabında azərbaycanıların onun ünvanına yazdığı tənqidlərə cavab verib. O, bildirib ki, fraqmentdə hadisələr yarımçıq verilib: "Qardaş, filmi izlədikdən sonra görəcəksən ki, Rəcəp bir-birimizə vurmayaq deyir. Bundan sonra azərbaycanlı boksçu ona iki dəfə vurur və "Mən burda cəng etməyə gəlmişəm" deyir".

***

“Rəcəb İvedik 5” filminin fraqmenti yayımlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb İvedik filminin yeni seriyasında aktyor Türkiyəni təmsil edən idmançı rolunda çəkilib. Rəcəb İvedik ölən dostunun vəsiyyətini yerinə yetirmək üçün yola çıxır. Bütün macəralar da bu səfər boyu başlanır.

Maraqlı məqam filmdə Rəcəb İvedikin azərbaycanlı boksçu ilə qarşılaşmasıdır. İvedikin bir zərbə ilə boksçumuzu yerə sərməsi azərbaycanlıları qəzəbləndirərək, ciddi etiraza səbəb olub.

Filmin təqdimat mərasimi fevralın 16-da baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm