Zuhal Topalın izdivac verilişindəki azərbaycanlılardan növbəti SAXTAKARLIQ - VİDEO
Bizi izləyin

Magazin2

Zuhal Topalın izdivac verilişindəki azərbaycanlılardan növbəti SAXTAKARLIQ - VİDEO

Zuhal Topalın izdivac verilişində iştirak edən azərbaycanlılar yenə də böyük şou göstərib.

Zuhal Topalın izdivac verilişində iştirak edən azərbaycanlılar yenə də böyük şou göstərib.

Publika.az xəbər verir ki, verilişdə qalmaqalları ilə məşhurlaşan Naz kaprizləri ilə diqqət çəkib. Belə ki, Naz Milaya elçi düşən azərbaycanlı model Əli Əkbər onun üçün meşədə yollara çoxlu şar düzərək xoş sürpriz hazırlayıb. Naz isə bu hərəkəti bəyənməyib. O, bildirib ki, Əli sadəcə puluna güvənərək onun qəlbini qazanmağa çalışır. Nazın sözlərinə görə, ikisi restorana gedəndə Əli məkanı bağlatdırmağa çalışıb, hətta onun könlünü xoş etmək üçün çoxlu yemək sifariş verib.

Xatırladaq ki, Əli Əkbər dünən Naza bahalı maşın hədiyyə edib. Naz isə Əkbərdən qiymətli hədiyyə götürməyin düzgün olmadığını bildirib. O, bunu Əli ilə yeni tanış olmaları izah edib.

Məlumat üçün bildirək ki, Naz Mila verilişdə Baha adlı türk vətəndaşı ilə 2 gün nişanlı qalıb. Bundan başqa, bir dəfə evli olan Nazın bir qızı var.

Qeyd edək ki, ötən həftə cümü günü Baha Nazın yeni sevgilisi Əli ilə rəqs etməsini qısqanıb studiyanı tərk edib. Baha veriliş bitdikdən sonra maşına minən keçmiş sevgilisi Naza hücum edib və onu döyməyə başlayıb.

İddialara görə, Türkiyədəki evlilik verilişlərində baş verənlərin hamısı qurma oyundur. Bəy və gəlin namizədləri isə verilişin daha çox reytinq toplaması üçün süni qalmaqallar yaradır və bunun müqabilində pul alır.

###184028#

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm