54 yaşlı milyarderin özündən 30 yaş kiçik sevgilisi – FOTOLAR
Bizi izləyin

Magazin2

54 yaşlı milyarderin özündən 30 yaş kiçik sevgilisi – FOTOLAR

54 yaşlı milyarderin özündən 30 yaş kiçik sevgilisi ilə...

Rusiyalı milyarder Vladislav Doronin 23 yaşlı model sevgilisi Kristina Romana ilə özəl fotoları yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Arizonada istirahət edən cütlüyün fotoları diqqət çəkib.

Xatırladaq ki, rusiyalı iş adamının Kristinadan bu yaxınlarda çoxdan həsrətində olduğu oğlu dünyaya gəlib. Bundan başqa, Kristina Yeni il ərəfəsində nişan üzüyünün fotosunu paylaşaraq sevgilisinin ona evlilik təklif etdiyinə işarə vurub.

Məlumat üçün bildirək ki, adı çoxsaylı gözəllərlə hallanan milyarder bir dəfə rəsmi evli olub. Onun Yekaterina ilə 21 il davam edən nikahından Katya adlı qızı var. Doroninin oğlu olana qədər sərvətinin yeganə varisi qızı hesab olunurdu.

Doronin həmçinin evli olduğu halda 2000-ci ildə isveçli supermodel Karen Şonbaxlerlə görüşüb. Onların sevgi macəraları 5 il sürüb. Bundan sonra o, amerikalı model Naomi Kempbellə sevgili olub. Doronin Naomiyə görə 2009-cu ildə həyat yoldaşından rəsmi şəkildə boşanıb. Xarizmatik milyarder Yekaterinanı 10 milyon dollar təzminat qarşılığında boşanmağa razı salıb. V.Doronin Naomidən ayrıldıqdan sonra bir müddət “Miss-Chine-2011”-in qalibi Luo Zilin ilə sevgili olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm