Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı - - VİDEO
Bizi izləyin

Magazin2

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı - - VİDEO

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı.

Publika.az xəbər verir ki, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar "İnstaqram" səhifəsində bildirib: "Bir Azərbaycan türkünün narahatlığı belə mənim də xoşuma gəlməz. o üzdən həmin boks səhnəsini filmdən çıxartdıq. Bu da dostluğun və mərdliyin bir nümunəsi olsun. Real həyatda olduğu kimi, iki dövlət arasında yarışma zərurəti yaranarkən finallarda bir-birimizi alqışladığımız kimi, bir ananın iki oğlu kimi sarılaraq..."

Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar da həmin dialoq və epizodlardan narahat olduğunu, filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm